API sənədləri

Auth0

Sızma təsdiqləndikdə müvafiq Auth0 hesabının aktiv sessiyaları dayandırılır.

Necə işləyir

Bağlantı Machine to Machine tətbiqi ilə qurulur. İcazə olaraq yalnız iki əhatə verilir: hədəf hesabı oxumaq üçün read:users, sessiyaları dayandırmaq üçün delete:sessions.

Səlahiyyətin verilib-verilmədiyi giriş tokeninin içindən oxunur. Əskikdirsə bağlantı doğrulanmış sayılmır.

Auth0 sorğunu qısa gecikmə ilə emal edir; sessiya siyahısı bir neçə saniyə ərzində boşalır. Yeniləmə tokenləri bundan təsirlənmir, ayrıca əməliyyatla ləğv edilir.

Hədlər

Parol dəyişdirilmir, hesab silinmir, rol təyin edilmir.
Kimliyi başqa provayderdən gələn hesablar əhatədən kənardır; Auth0-da sessiyanı bağlamaq mənbə provayderdəki çıxışı kəsmir.
Sızan dəyərin özü heç bir sorğuya qoyulmur.

Quraşdırma

Quraşdırma addımları paneldə, inteqrasiyanın öz ekranındadır. Provayder tərəfində nə ediləcəyi və hansı dəyərin hara yazılacağı orada yazılıb.

Bu səhifə işinizə yaradı?