API sənədləri

OpenCTI

Sızma hadisələri OpenCTI-yə Incident qeydi kimi yazılır.

Necə işləyir

Bağlantı API tokeni ilə qurulur. Qeyd data-leak növündə açılır, mənbəyi Dark Radar-dır və əhəmiyyət dərəcəsini daşıyır.

Eyni hadisə təkrar gəlsə yeni qeyd açılmır, mövcud qeyd yenilənir. OpenCTI qeydin daimi kimliyini adından yaratdığı üçün hər hadisənin adına o hadisəyə xas qısa kod əlavə edilir.

Hədlər

Yalnız Incident qeydi yaradılır; başqa qeydlər oxunmur, dəyişdirilmir, silinmir.
Qeyd yalnız təsnifat daşıyır: sızma növü, əhəmiyyət, vəziyyət.
Sızan dəyərin özü qeydə yazılmır.

Quraşdırma

Quraşdırma addımları paneldə, inteqrasiyanın öz ekranındadır. Provayder tərəfində nə ediləcəyi və hansı dəyərin hara yazılacağı orada yazılıb.

Bu səhifə işinizə yaradı?